UA-120449341-1
Gul salonu * Gul sifarisi

Ümumi qaydalar və şərtlər

Ümumi qaydalar və şərtlər 
http://gulsifarisi.com veb səhifəsindən (bundan sonra "Sayt" adlanacaq) istifadə etməklə siz aşağıdakı “Şərtlərə” və Azərbaycan Respublikasının qanunvericiliyi əsasında tənzimlənən bütün mövcud qanun və qaydalara riayət edəcəyinizi açıq şəkildə bildirirsiniz. 

Ticarət nişanları 
http://gulsifarisi.com saytında olan loqotiplər http://gulsifarisi.com saytına məxsus qeydiyyatdan keçmiş əmtəə nişanlarıdır və heç bir halda istənilən zaman saxlamaq üçün http://gulsifarisi.com saytının qabaqcadan yazılı icazəsi olmadan istifadə edilə bilməz. 

Müəlliflik hüququ 
Bu Saytın məzmunu və saytdakı proqram təminatı http://gulsifarisi.com saytının mülkiyyəti hesab olunur və müəlliflik hüquqları ilə qorunur. Bu qayda və şərtlərin məhdud lisenziya təminatında açıq şəkildə ifadə olunanlar istisna olmaqla, yerdə qalan heç bir halda iTicket.az öz ticarət nişanları, müəlliflik hüquqları və ya digər özəl məlumatları ilə bağlı hər hansı zidd ifadə və ya nəzərdə tutulan hüquqa yol vermir. 

İcazə verilən istifadə 
Sizə yalnız bu Saytdakı səhifələrə baş çəkmək, onlara baxmaq və onların nüsxəsini öz şəxsi istifadəniz üçün saxlamaq hüququ verilir və siz şəxsi istifadə məqsədilə tədbirlərə və reklam xarakterli məlumata baxmaqdan, və ya şəxsi istifadəniz üçün biletləri almaqdan və ya http://gulsifarisi.com tərəfindən xüsusilə nəzərdə tutulmuş şəxsi məqsəd üçün satmaqdan başqa, yerdə qalan digər heç bir halda hər hansı məqsədlə Saytdakı materialın surətini çoxalda, yükləyə, dərc edə, dəyişdirə və ya digər bir şəkildə onu yaya bilməzsiniz. 

Qeyd: İcazəsiz bilet satışı, saytdakı hər hansı robot, hörümçək və ya digər avtomatlaşdırılmış cihazdan icazəsiz istifadə də daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq, Saytdan qanunsuz və/və ya icazəsiz istifadə araşdırılacaq və buna qarşı müvafiq qanuni tədbirlər görüləcəkdir.

www.megastock.ru